Menu

"Mariupolda 12 gündə 1 582 dinc sakin ölüb" - Kuleba

11.03.2022, 23:23
"Mariupolda 12 gündə 1 582 dinc sakin ölüb" - Kuleba

Mühasirəyə alınmış Mariupolda hazırda planetin ən ağır humanitar fəlakəti yaşanır.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviterdə yazıb.

O, qeyd edib ki, Mariupolda 12 gündə 1 582 dinc sakin ölüb.

"Ukrayna ordusunu məğlub edə bilməyən rus hərbçiləri dinc əhalini qırır, humanitar yardımın qarşısını kəsir. Rusiyanın hərbi cinayətlərini dayandırmaq üçün təyyarələrə ehtiyacımız var", - nazir bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol