“MÜHARİBƏ BÜTÜN TƏRƏFLƏRİN MARAQLARINA UYĞUNDUR...” – “Putin Kiyevə, Xarkova, Mariupola və digər şəhərlərə girməyəcək”

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə davam edir. İki həftədən artıq vaxt keçməsinə baxmayaraq, Rusiya ordusu böyük uğurlar əldə edə bilməyib, xüsusilə strateji əhəmiyyət daşıyan iri şəhərlərdə uğursuzluğa düçar olub. Amma buna baxmayaraq, Putin elan edir ki, Ukrayna kampaniyası son hədəfə çatana qədər davam edəcək. Ukrayna Ordusu isə müharibənin ilk günlərilə müqayisədə daha yaxşı təsir bağışlayır.

“AzPolitika.info” Rusiya-Ukrayna müharibəsi mövzusunda “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə söhbətləşib.

- Mehman bəy, hazırda Ukraynada baş verənlər nəyin nəticəsidir? Sizcə, Avropanın bir hissəsi hesab edilən bu ölkədəki müharibə ümumilikdə geopolitik məkandakı qarşıdurmanın qırılma xəttidir, yoxsa, sadəcə Putinin şəxsi qərarının “məhsulu”dur?

- Əlbəttə, hər şey düşünülüb, təsadüfi addımlar olmur. Əslində, orada hər bir tərəfin maraq, məqsəd və hədəfləri var. Müəyyən mərhələlərdə bu maraqlar uzlaşır, üst-üstə düşür və ya ziddiyyət təşkil edir. Hər bir tərəf də öz poblemlərini həll etməklə hədəflərini yeni mərhələyə çıxarır.

- Bizdə də Rusiyanın Ukraynaya ordu yeritməsinə, müstəqil bir ölkəyə qarşı təcavüzünə haqq qazandıranlar var və onlar hesab edirlər ki, Ukrayna NATO-ya üzvlüyə can atmaqla Rusiyanın təhlükəsizliyini təhdid edir və buna görə də, indi yaşananlar tam normaldır...

- Mən bilmirəm, belə düşüncə sahibləri hansı arqumentləri əsas götürürlər. Birincisi, Ukrayna NATO-ya üzv olmaq istəyir, amma bu, o demək deyil ki, NATO onu üzvlüyə qəbul edəcək. Əvvəla, Ukrayna NATO standartlarına cavab verən ölkə səviyyəsində deyil. NATO-ya qəbul olunmaq üçün xeyli siyasi məsələləri həll etməlisən. Burada siyasi komponentlər hərbi komponentlərdən daha çoxdur. Sən gəlib Avropa ölkələrinin səviyyəsinə çıxdıqdan sonra bu ittifaqa qəbul oluna bilərsən. Ukraynanın yaxın 10 ildə NATO-ya qəbul olunmaq perspektivi yoxdur.

İkincisi, Ukrayna NATO-ya daxil olduqdan sonra nə baş verəcək? Rusiyaya müharibə elan edəcək? Türkiyə NATO-nun ən güclü üzvlərindən biridir. Bəs, necə olur ki, NATO ölkəsi olan Türkiyə Rusiya ilə çox yaxından əməkdaşlıq edir, sıx iqtisadi münasibətlər qurur və bu, problem yaratmır. Eləcə də İtaliya, Almaniya, Macarıstan və s. Bu baxımdan NATO üzvü olmaqda nə problem var?

Üçüncüsü, NATO üzvü olduqdan sonra Ukraynada hansısa raketlər yerləşdiriləcəyi və onların Moskvaya daha tez çata biləcəyi haqda iddia və arqumentlər var. Belə əsaslandırmalar bir neçə il əvvəl işləyə bilərdi, ancaq müasir dövrümüzdə işləmir. İndi hərbi baxımdan güclü ölkələr hipersəsli silahlara diqqət yetirirlər. Çünki raketlərin sürəti 10-15 il əvvəllə müqayisədə 20 dəfə artıb. Bu o deməkdir ki, belə raketləri heç Ukraynaya yerləşdirməyə də ehtiyac yoxdur. Əgər əvvəllər Qərbi Avropa ölkələrindən Moskvaya raket 15 dəqiqəyə uçurdusa, indi 2-3 dəqiqəyə uçacaq. Bu halda Ukraynada belə raketlər yerləşdirməyə nə ehtiyac var? Bu mənada belə iddia və arqumentlər tam əsassızdır.

- Siz dediklərinizi yəqin ki, Rusiyada da yaxşı başa düşürlər. Əgər bunun mənasız olduğunu Moskvada anlayırlarsa, o zaman nədən belə ağır müharibəyə girmək qərarı verilib?

- İş ondadır ki, bunların hamısı bəhanədir və bunun arxasında ciddi əsaslar dayanmır. Rusiya ərazilərinə yaxın illərdə Ukraynadan heç bir hərbi təhlükə törənməyəcəkdi. Ukraynanın Donbasa hücum edəcəyi, Krımı götürəcəyi haqda iddialar isə sadəcə təbliğat materialıdır. Əsaslı heç nə yoxdur.

- Bu halda Rusiyanın planı və məqsədləri nədir?

- Məncə, burada ilk olaraq tərəflərin problemlərini, maraq və imkanlarını təhlil etmək və görmək lazımdır ki, həmin ölkələrdə nə baş verirdi, onlar nə ilə üzləşirdi və indiki müharibə bu ölkələri hara daşıyacaq. Bu, çox vacib məsələdir.

Qısası, Rusiya dərin iqtisadi böhran içində idi və bundan çıxa bilmirdi. Böhran son üç ildə sürətlə dərinləşməyə başladı. Rusiya faktiki olaraq inqilabi dəyişiklik astanasında idi. Buna görə Putinin cəmiyyətə münasibəti necə idi? Media nümayəndələrini xarici agent elan etmək, media qurumlarını bağlamaq, müxalifətçiləri həbs etmək, mitinqlərin qaşısını almaq və s addımlar atılırdı. Görünürdü ki, cəmiyyət fəallaşır. Rusiyada cəmiyyət TV-lər və media vasitəsilə idarə olunurdu. Amma sosial şəbəkələr populyarlaşdıqdan sonra ənənəvi mediaya təzyiq artdı. Rus cəmiyyəti bizim kimi sosial şəbəkəyə qaçdı və bu da rəsmi medianın imicini, eləcə də Putinin obrazını dağıtmağa başladı. Yəni sistem çökməyə doğru gedirdi. Son 10 ildə Rusiyanın ortalama iqtisadi artımı bir faizdən aşağı idi. Bu o deməkdir ki, sən sıfır vəziyyətindəsən. Moskva iqtisadi problemlərini əsasən qazın və neftin hesabına həll edirdi. Amma son illərdə neftin qiyməti dünya bazarında ucuzlaşırdı. Bu səbəblərdən də Rusiya üçün iki seçim var idi. Ya gözləmək ki, daxildə partlayış nə zaman olacaq - bu da prinsipcə, son anda dövlət çevrilişinə və daha pis nəticələrə gətirib çıxara bilir. İkinci variant isə müharibə etməklə camaatın fikrini hər şeydən yayındırmaq və xarici düşmən göstərməklə cəmiyyəti Putinin ətrafında səfərbər etmək. Özü də itkilərə baxmayaraq, bunu davam etdirmək. Rusiyada onsuz da son illər itkilər mövcud idi. Rublun məzənnəsini saxlamaq üçün kifayət qədər çoxlu pul xərclənirdi və bunu da etmək ilbəil çətinləşirdi. Rubl onsuz da uculaşırdı, amma yaxın zamanlarda bu prosesin daha sürətli olması riski yaranmışdı. Faktiki devalvasiya yaşanacaqdı. Bir sözlə, Rusiyanın seçimi ya cəmiyyəti cilovlamaq üçün radikal addımlar atmaq idi ki, bunun da nə ilə qurtaracağnı heç kəs bilmirdi, ya da müharibə yolu idi. Burada bir incə məqama da diqqət etməliyik. Məsələn, 1998-ci ildən sonra Putinin hakimiyyətə gəlişi Çeçenistan müharibəsi ilə başlandı. Həmin vaxt eyni zamanda iqtisadi böhran yaşanırdı. Çeçenistan müharibəsi ilə Putin camaatın diqqətini yayındırdı və iqtisadi böhrandan çıxa bildi. İkinci dəfə Putin bunu 2008-ci ildə təkrarladı. Çünki həmin vaxt da görünürdü ki, iqtisadi böhran yaşanır və hakimiyyət üzüaşağı gedir. Dərhal Gürcüstan müharibəsi başlandı və bununla yenə də xarici təhlükələr, təhdidlər mənzərəsi yaradıldı, nəticədə cəmiyyəti Putinin ətrafında səfərbər etmək mümkün oldu. Putinsə 2008-ci il böhranını Qərbin üzərinə yıxdı, bildirdi ki, Rusiyaya qarşı sanksiya tətbiq edilir və s. İndi də həmin şey başqa formada yaşanır. Rusiya çökürdü və çökəcəkdi. Bu səbəbdən də müharibə yolunu seçdilər. Əks halda onun vəziyyəti daha pis olacaqdı. Məsələ bundadır.

- Demək istəyirsiniz ki, burada qlobal geopolitik qarşıdurma xətti yoxdur və Rusiya hakimiyyəti sadəcə özünü qorumaq üçün Ukrayna ilə müharibə yolunu seçib?

- Bəli

- Deməli, Ukraynada Qərb və Rusiya arasında qarşıdurma və geopolitik təsir savaşı getmir?

- Savaş ola bilər, amma dar çərçivədə. Əsas məsələ stabillikdir. Qərbin Rusiyaya və digər MDB ölkələrinə münasibətini götürün. Ukraynaya dəstək yüksək ola bilər. Amma onlar üçün əsasən Rusiyanın stabilliyi əhəmiyyətlidir. Rusiyanın ərazisində böyük miqdarda nüvə silahı yerləşir. Bu nüvə potensialı Kalininqraddan Sakit okeana qədər səpələnib. Qeyri-stabillik və inqilabi vəziyyətin yaşanması, hökumətin dəyişməsi və ya anarxiya vəziyyətinin yaranması halında bu nüvə silahlarının kim tərəfindən və necə istifadə ediləcəyini bilmək mümkünsüzdür. Yəni hər şey nəzarətdən çıxır. Ona görə də Qərb üçün vacibdir ki, Rusiyada stabillik olsun. Yeri gəlmişkən, müharibə başlayanda Putin nüvə texnologiyası haqda danışdı, bu məsələni gündəmə gətirdi. Qərb istəyir ki, Rusiyada böyük inqilab, anarxiya yaranmasın və nüvə silahı da onun başında çatlamasın. Əsl reallıq budur.

Ukraynanın maraqları nədir? Ukraynanın Qərb məkanına inteqrasiyası xeyli zəif gedirdi. 2014-cü ildə yaşanan Maydan hərəkatından belə nəticə çıxırdı ki, proses daha sürətli gedəcək, amma bu, baş vermədi. Hətta son vaxtlar geriləmə müşahidə olunurdu. Eyni zamanda, Kiyevdə islahatçı komandanın hakimiyyətdən getməsi reallaşırdı. Daha konkret desək, 2023-cü ildə prezident seçkiləri gözlənilirdi. Vəziyyət bu formada davam etsəydi, Ukraynada hakimiyyət dəyişəcək, iqtidara oliqarx qruplar gələcəkdi, ölkə həm geri gedəcəkdi, həm də Rusiyaya meyl artacaqdı. Bu, real təhlükə idi. Amma indi Ukraynada oliqarxlar məsələsi həllini tapdı. Onların çoxu fevralın 24-də təyyarələrinə doluşub ölkədən qaçdılar. Bu müharibə ilə həm də Ukrayna, Moldova və Gürcüstan üçün şərait yaradıldı ki, sıçrayışla Avropa Birliyinə inteqrasiya olsunlar. Artıq lazım olan prosedurlar qalıb bir kənarda, Ukraynanın Avropa Birliyinə üzvlüyü üçün qərar verilir.

Digər tərəfdən, Ukrayna və rus xalqları bir-birinə çox yaxındır. Ukraynada əhalinin az qala yarısı Rusiya meyllidir. Qərb də seçim qarşısında idi, ya prosesləri sürətləndirmək, ya da Ukraynanı itirmək. Ukrayna siyasətçiləri də əmindirlər ki, sürətli şəkildə Avropaya inteqrasiya etmək vacibdir. Bunun üçün nə lazımdır? Rusiyadan ayrılmaq. Rusiyadan ayrılmaq üçün indi ikinci mərhələ başlanılır. Birinci mərhələ 2014-cü il Maydan prosesləri idi, indi isə ikinci mərhələ müşahidə olunur. Belə baxanda bütün tərəflərin maraqlarına indiki müharibə uyğun gəlir.

- Nəticə?

- Nəticə ondan ibarət olacaq ki, Rusiya bu vəziyyətdən çıxacaq. Daxildə cəmiyyətə göstərəcək ki, böhran, sosial gərginlik, problemlər Qərbin yaratdığı maneələrin nəticəsidir. Sanksiyalar bunun üçün yaxşı arqumentdir. Zamanla sanksiyalar da zəifləyəcək. Rusiya gələcəkdə maliyyə yardımı alacaq. Eyni zamanda rus oliqarxlar da sıradan çıxacaq.

- Bəs, nəticədə Ukrayna Putindən xilas olaraq, Avropaya yaxınlaşa biləcəkmi?

- Əlbəttə. Azərbaycanda 1990-cı ilin 20 yanvarına qədər insanlarda tərəddüd vardı. Amma bu hadisədən sonra azərbaycanlılar dəqiq müəyyən etdilər ki, şimalda onun dostu yoxdur, üz tutdu Qərbə. Hələ o vaxt bəziləri deyirdi ki, millət qandan keçməsə mümkün olmayacaq. Ukraynada da indi bu baş verir. Bu hadisələrdən sonra Ukrayna kəskin şəkildə Qərb istiqamətində hərəkət edəcək.

- Bunun üçün rus ordusu ölkədən çıxmalıdır, amma indi baş verənlər göstərir ki, Putin ən azı Ukraynanı iki hissəyə bölməyə nail olacaq...

- Bu, mümkün deyil. Rusiya çalışacaq ki, Ukrayna Donetsk və Luqanskın SSRİ zamanında mövcud olan vilayətləri səviyyəsində müstəqilliyini tanısın. Amma məsələ ondadır ki, ruslar müharibə aparsalar da, bu vilayətlər istiqamətində ciddi irəliləyə bilmirlər. Onlar əsasən cənub tərəfdə və şimal istiqamətində irəliləyiblər. Amma illərlə savaşın getdiyi Donbasda qeyri-adi heç nə baş verməyib. Hesab edirəm ki, son olaraq Donetsk və Luqansk məsələsi müzakirə ediləcək, mümkündür ki, Ukrayna bu qanunsuz qurumlara muxtariyyət verəcək. Hər halda, bu məsələlər çox çəkməyəcək, tərəflər razılığa gələcəklər. Çünki görünən və görünməyən tərəflərin çoxu üçün müharibənin uzunmüddətli olması sərfəli deyil. Sonda vəziyyət dediyimiz kimi olacaq. Döyüşlər də getdikcə zəifləyəcək. Qərb mediası da bildirir ki, rus ordusunun irəliləyişi yoxdur.

- Siz səmimi olaraq gözləyirsiniz ki, rus ordusu Xarkov, Kiyev, Çerniqov, Odessa və ya Mariupol ətrafından çəkilib gedəcək?

- 2008-ci ilin Gürcüstan müharibəsində rus ordusu Tiflisə yaxınlaşırdı. Qoriyə, Borjomiyə soxulmuşdular. Amma çəkilib getdilər, əvvəlki çərçivəyə - Abxaziya və Osetiyaya qayıtdılar və bu günə qədər oradan çıxmayıblar. Münaqişə də dondurulmuş formada qalır. Qənaətimcə, bu yanaşma Ukrayna məsələsində də təkrar olunacaq. Buna şübhə yoxdur.

- Demək istəyirsiniz ki, bunların hamısı ümumi razılaşmanın tərkib hissəsidir?

- Hardasa belədir.

- Yəni Qərb və Rusiya arasında ümumi razılaşmaya uyğun addımlar atılır?

- Mən deməzdim ki, Qərb və Rusiya arasında belə razılaşma var, hamı hər şeyi bilir. Əksinə, fikrimcə, bu, çox dar çərçivədə olan razılaşmadır. Qalanlarına sadəcə olaraq deyirlər ki, belə et.

- Deməli, Putin Kiyevə, Xarkova, Mariupola, Nikolayevə və digər şəhərlərə girməyəcək?

- Yox. Məsələn, mən eşidirəm ki, Mariupolda atışma gedir və s. Camaat da rus ordusunu qəbul etmir, etiraz edir. Bu tərəfdən də Rusiyaya qarşı ciddi sanksiyalar var.

- Rusiyaya sanksiya tətbiq edən ölkələrin ən nüfuzlu iqtisadçıları proqnoz edirlər ki, yayda və ya ən uzağı sentyabrda rus iqtisadiyyatında ciddi problemlər yaranacaq...

- Müharibə beş və ya yeddi ay davam edərsə, bu, Rusiya üçün problem yaradar. Rusiya hazırda neft və qaz satır və bunda heç bir problem yoxdur. Rusiyanın da əsas ixrac potensialı elə neft və qazla bağlıdır. Amerika sanksiya qoyub, amma bu, problem yaratmır. Amma müharibə uzunmüddətli olsa, əlbəttə, təsirini göstərər. Ona görə də deyirəm ki, qısa müddətdə hər şey aydın olacaq. Rusiyanın hələlik imkanları var. İndi neftin və qazın qiyməti qalxıb və bu, Rusiyaya ikiqat xeyir gətirəcək.

Putin yeni hakimiyyətə gələndə Çeçenistan müharibəsi başladı, bu müharibə bir qədər uzun çəkdi və sonunda Putin məsələni həll etdi. Bu müharibədən istifadə edərək, daxildə vəziyyəti stabilləşdirdi. Amma 2008-ci ilin Gürcüstan müharibəsini operativ formada həyata keçirdi, çevik tərpəndi, müharibə cəmi 5 gün çəkdi.

2014-cü ildə Krımın ilhaqı və Donbas müharibəsi də bir qədər çox çəkdi. Bundan da istifadə edərək daxili narazılıq və digər məsələləri yoluna qoydu. Əslində, diqqət etsəniz görərsiniz ki, Rusiya-Ukrayna müharibəsinin beşinci günündə tərəflər arasında dialoq quruldu, indiyə qədər üç dəfə görüş keçirilib, əlavə olaraq xarici işlər nazirləri arasında təmas baş tutub. Əvvəl Rusiya bir qrup tələblər irəli sürürdü. Amma bu tələblərdən birini götürdülər. Sabah digərini, birisigün başqa birini götürəcəklər.

Nəhayət, Rusiya məsələni birdəfəlik həll etmək istəsəydi, özünü müstəqil elan edən Donetsk və Luqansk qərar verə bilərdi ki, Rusiyaya birləşirik. Elə Abxaziya və Osetiya da onlar kimi. Yəni, Krımın ilhaqı formasında - referendum keçirirlər və elan edirlər ki, biz artıq Rusiyayıq. Bəs Rusiya buna niyə getmir? Çünki bu olmamalıdır, indiki vəziyyət müvəqqətidir və gələcəkdə həmin ərazilər öz sahibinə qayıda bilər. Necə, hansı formada? Bu, gələcəyin işidir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

oxucu 2022-03-13 23:43:44

Putin = Corc Buş = Sarkozi Ukrayna = İraq = Liviya

Doktor 2022-03-13 22:08:48

Mehman müəllimin şərhində onun siyasi savadinin cox da guclu olmadigi məlum olur.Cox heyif

Moshu 2022-03-13 19:33:29

Ona qalanda, mən də əmin idim ki, Rusiya Ukraynaya hücum etməyəcək. Putin özü də dəfələrlə ifadə etmişdir ki, Rusiya Ukraynaya hücum etməyəcək, belə fikirdə olmadıqlarını da bildirmişdir. Mən özüm də Putini ciddi bir siyasətçi kimi qəbul edirdim. Bu gün ikinci fətədir ki, Rusiya Ujraynanı cəhənnəm yuvasına çevirir və çevirməkdədir. Gəlin görək əslində nə baş verir? 1990-cı il 15 mart tyarixində Mixail Qorbaçov öz yenidənqurması, aşkarlığı ilə hakimiyyətə gələndə içi mən qarışıq elə bildik ki, nəhayət ki, ağ günə çıxmışıq. Qısa zaman kəsiyində Bakı qırğınları, Pribaltikaya qarşı cinayətlər, yadda qalan, qalmayan cinayətlər – bu Qorbaçovun yenidənqırması ideyalarıdır. Kimin ağlına gələrdi ki, SSRİ kimi nəhəng dövlət süquta uğraya bilər? Sonda məlum oldu ki, M. Qorbaçov Qərbin layihəsidir. Gəlin görək Vladimir Putinin hakimiyyəti dövründə hansı cinayətlər baş vermişdir? Paralleli görürsünüzmü? Nəhayət, Ukraynaya qarşı amansız qırğınlar. Belə qənaətə gəlmək olar ki, M.Qorbaçov=Vladimir Putin. Putin də Qərbin layihəsidir. Sonda nələr baş verəcəyinin şahidi olacağıq. Çox arzu edərdim ki, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və dəyərli oxucularımız da bu məsələyə münasibətlərini bildirəydilər. Sizi Azpolitika da daxil olmaqla müzakirəyə dəvət edirəm.

Qulu 2022-03-13 14:20:21

Bəs Mehman deyirdi ki, Rusiya Ukraynaya hücum etməyəcək. Noldu bəs Mehman?

Elmira 2022-03-13 14:10:42

Çox zəif və ruspərəst şərhdir, yoldaş Mehman

Amon 2022-03-13 10:57:32

Mehman Eliyev de rusbaslardandi.Musahibesinde bir defede olsun rusiyaya qarsi menfi bir sey soylemedi butun maskalar cirilir yavas yavas.Cenab Azpolitika siz bu aralar butun politoloqlardan ve deputatlardan genis musahibe goturun 5ci kolonun numayendelerinin yarisini ele ozunuz tapacaqsiniz

t.ədalət 2022-03-13 10:11:36

Putin bu şəhərlərə ,artıq girib.Kiyev də az qala işğal olunmaq üzrədir.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.