Menu

Bakı-Quba avtomobil yolunda yük maşını piyadanı vurub öldürüb

13.03.2022, 11:13
Bakı-Quba avtomobil yolunda yük maşını piyadanı vurub öldürüb

Yük maşını piyadanı vurub öldürüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun Sumqayıtın "Yaşma bağları" adlanan yaşayış massivindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyadanı "KaMAZ" markalı yük avtomobili vurub.

Piyada hadisə yerindəcə ölüb. Şəxsiyyəti məlum olmayan kişinin 40-45 yaşlarında olduğu bildirilir. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol