Menu

Prokurorluq Bakıda qadının qətli ilə bağlı məlumat yayıb

14.03.2022, 09:59
Prokurorluq Bakıda qadının qətli ilə bağlı məlumat yayıb

Xəzər Rayon Prokurorluğu Bakıda qadının qətli ilə bağlı məlumat yayıb.

Prokurorluqdan daxil olan məlumatda deyilir:

"Martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Saməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol