Gəncə Dövlət Tarix Diyarşünaslıq Muzeyindən yoxa çıxan kitab hələ də tapılmayıb.
Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən bildirilib.
"Araşdırmalar davam edir", - qurumdan qeyd olunub.
Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov fevralın 3-də Gəncə şəhərində səfərdə olub. O, Gəncə Dövlət Tarix Diyarşünaslıq Muzeyinə də baş çəkib. Bu zaman məlum olub ki, muzey eksponatlarının qeydiyyat kitabı itib. Nazir buna görə muzey rəhbərliyinə iradını bildirib.


Şərhlər
Görünür,Elmar Vəliyevin əlinə keçib.Layiq olmayanları məsul vəzifələrə irəli çəkməklə hələ çox şeyləri itirəcəyik.....