Menu

"Şərq Tərəfdaşlığı" proqramı əməkdaşlıq üçün vacib platformadır” - Aİ səfiri

14.03.2022, 12:05
"Şərq Tərəfdaşlığı" proqramı əməkdaşlıq üçün vacib platformadır” - Aİ səfiri

“Şərq Tərəfdaşlığı" proqramı əməkdaşlıq üçün vacib platformadır”.

"Report" xəbər verir ki, bunu ADA Universitetində "Şərq Tərəfdaşlığı" proqramının fəaliyyətinə həsr olunmuş tədbirdə çıxış edərkən Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib.

O deyib ki, hazırkı şəraitdə bu proqrama daxil olan ölkələr arasında münasibətləri inkişaf etdirmək üçün potensial mövcuddur: "Ötən ilin dekabr ayında keçirilmiş "Şərq Tərəfdaşlığı" zirvə görüşü Aİ ilə tərəfdaş ölkələr arasında strateji əməkdaşlıq sahəsində dəyişikliklərə səbəb olub. Belə ki, zirvə görüşü zamanı Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramına 2 milyard avrodan çox vəsait ayırmaq niyyətində olduğu açıqlanıb".

Onun sözlərinə görə, hazırda proqramın əsas diqqəti Ukraynanın dəstəklənməsinə ayrılıb: “Biz bu çətin günlərdə Ukraynanı dəstəkləyir və Rusiyanı işğalçılıq fəaliyyətini dayandırmağa və Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırırıq”.

Səfir Azərbaycan ilə əməkdaşlıq çərçivəsində Aİ-nin tələblər üçün “Erasmus mundus”, “Erasmus+” və digər proqramlar təklif etdiyini, tvininq layihələri həyata keçirdiyini vurğulayıb.

“Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan Aİ investisiya baxımından vacib mənbədir”, - P.Mixalko diqqətə çatdırıb.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramına 2009-cu ildə start verilib. Onun əsas məqsədi 6 ölkə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığı inkişaf etdirməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol