Menu

Manat dollar qarşısında bahalaşa bilər? - Mərkəzi Bankdan AÇIQLAMA

14.03.2022, 17:36
Manat dollar qarşısında bahalaşa bilər? - Mərkəzi Bankdan AÇIQLAMA

Neftin qiymətinin yüksəlməsi valyuta bazarının orta və uzunmüddətli dövrə tarazlığını dəstəkləyir. Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib.

Manatın xarici valyutalar qarşısında dəyərini müəyyən edən əsas göstəricilərdən biri də neftin dünya bazarındakı qiymətidir. Ötən həftə ərzində “Azeri Light” markalı Azərbaycan nefti dünya bazarında son illərin rekordunu yeniləməklə bahalaşaraq 135,99 dolları təşkil etdi. Növbəti dövr üçün neftin qiymətinin 100 ABŞ dollarından yuxarı həddə qalacağını nəzərə alsaq, bunun manatın ABŞ dollarına qarşı məzənnəsində dəyişikliyə, eləcə də manatın ABŞ dolları qarşısında dəyər qazanmasına təsir edə bilmə ehtimalı ilə bağlı Mərkəzi Bank tərəfindən açıqlama verilib.

Bildirilib ki, Azərbaycanda əldə olunan neft gəlirlərinin çox hissəsi Dövlət Neft Fondunda toplanır və dövlət büdcəsində öncədən təsdiq edilmiş transfertlər çərçivəsində xərclənir. Əlavə edilib ki, bu baxımdan son vaxtlar sürətlə yüksələn neft qiymətləri valyuta bazarına əsasən məzənnə gözləntilərini yaxşılaşdırmaq vasitəsilə təsir edir: “Neftin qiymətinin yüksəlməsi strateji valyuta ehtiyatlarını artırmaqla valyuta bazarının orta və uzunmüddətli dövrə tarazlığını dəstəkləyir”.

Şərhlər

sual 2022-03-14 19:01:24

Sitat: ...“Neftin qiymətinin yüksəlməsi strateji valyuta ehtiyatlarını artırmaqla valyuta bazarının orta və uzunmüddətli dövrə tarazlığını dəstəkləyir”….kiçik dəqiqləşdirmə.... manatın mövcud mübadilə məzənnəsi səviyyəsində formalaşan tarazlıq və bu tarazlığın iqtisadi artıma müəyyənləşdirdiyi təsirlər. Bir sıra aktual suallar – əsas ticarət tərəfdaşı ölkələrdə milli valyutaların ucuzlaşması, ölkədə inflyasiyanın yüksəlməsi fonunda manatın real effektiv məzənnəsinin möhkəmlənməsi; manatın alıcılıq qabiliyyətinin azalması fonunda mübadilə məzənnəsini sabit saxlanılmasının real və maliyyə sektorları, xüsusi ilə qeyri-neft sektoru istehsal sahələri ilə bağlı yaratdığı çətinliklər və s. ən azından orta müddətli perspektivə həllini tapmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol