Menu

Mübariz Qurbanlının qardaşı vəzifədən azad edildi - Sol əllə hərbi salam verməsi ilə yadda qalmışdı

14.03.2022, 21:48
Mübariz Qurbanlının qardaşı vəzifədən azad edildi - Sol əllə hərbi salam verməsi ilə yadda qalmışdı

Prokuror Tariyel Qurbanov işdən çıxarılıb. “Report” xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tariyel Qurbanov Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsindən azad edilib.

Baş Prokurorluqdan "Report"a faktı təsdiqləyiblər.

Qeyd edək ki, T.Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

T.Qurbanov uzun müddət Qaradağ və Hacıqabul rayonlarının da prokuroru olub.

Əlavə edək ki, vaxtilə Tariyel Qurbanov sol əli ilə salam verdiyinə görə də mətbuatın gündəminə gəlmişdi.


Şərhlər

Xezer 2022-03-15 07:19:29

Bu nəki hərbi salam, heç normal adam salamını da verə bilənə oxşamır

Veteran 2022-03-14 23:12:47

Boyun yerə girsin ay hökumət məmuru gor nə gündəsənki sağınla solunu tanımırsan.....

qaraguruh 2022-03-14 20:32:52

Bizimkilərin şakəridirdə birini bir vəzifəyə--obiri qardaşı ondan da yuxarı -nə bilim anas--dədəsi ağsaqqal--ağbirçək cəmiyyətlərinə sədr =belədə kadr siyasəti olar nə bilim

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol