Menu

Türkiyə və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

14.03.2022, 21:57
Türkiyə və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub. Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, danışıq zamanı Ukraynadaki hazırkı vəziyyət müzakirə edilib, həmçinin Dmitro Kuleba türkiyəli həmkarına humanitar məsələlərlə bağlı məlumat verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol