Menu

“Ukraynalılara pul, yardım göndərəcək, qaçqınları qucaq açıb qarşılayacağıq" - Bayden

15.03.2022, 09:20
“Ukraynalılara pul, yardım göndərəcək, qaçqınları qucaq açıb qarşılayacağıq" - Bayden

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın Rusiyanın işğalından qorunmaq üçün silahlara malik olmasını təmin edəcək.

“Report” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə tviterdəki səhifəsində yazıb.

"Biz Ukraynanın işğalçı Rusiya qüvvələrindən qorunmaq üçün silahlarının olmasının qayğısına qalacağıq. Biz ukraynalıların həyatını xilas etmək üçün pul, ərzaq və yardım göndərəcəyik. Ukraynalı qaçqınları qucaq açaraq qarşılayacağıq", - Bayden yazıb.

Xatırladaq ki, daha əvvəl Cozef Bayden Rusiyaya ABŞ dolları əskinaslarının ixracını, satışını və tədarükünü qadağan edən fərman verib.

Şərhlər

t.ədalət 2022-03-15 12:53:57

Ukraynalılara puldan və isti qucaqdan çox müharibənin dayandırılması lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol