Menu

"Fox News"un əməkdaşı Kiyev yaxınlığında həlak olub - VİDEO

15.03.2022, 20:01
"Fox News"un əməkdaşı Kiyev yaxınlığında həlak olub - VİDEO

"Fox News"un operatoru Pyer Zakrjevski Kiyev yaxınlığında həlak olub. "Fox News"-un məlumatına görə, martın 14-də 55 yaşlı Zakrjevski Kiyev yaxınlığındakı Gorenka kəndində müxbir Benjamin Holl ilə reportaj üzərində işləyirdi. Onların avtomobiloi atəşə tutuldu. Nəticədə müxbir yaralanıb, operator isə həlak olub.

Jurnalistin həlak olması faktını həmçinin Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko təsdiqləyib. Onun sözlərinə görə, müharibənin daha bir qurbanı ukraynalı jurnalist Aleksandra Kuvşinova olub. O, "Fox News"-un çəkiliş qrupunun heyətində idi.

Bundan əvvəl İrpendə The New York Times ilə əməkdaşlıq edən amerikalı sənədli film rejissoru Brent Reno həlak olduğu haqda xəbər verilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol