Menu

Rusiyada “İnstagram”ın analoqu hazırlanıb

16.03.2022, 13:08
Rusiyada “İnstagram”ın analoqu hazırlanıb

Rusiyada “İnstagram” sosial şəbəkəsinin analoqu hazırlanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Rossgram” adlanan şəbəkənin martın 28-dən istifadəyə veriləcəyi bildirilir.

İnternet-marketoloq Aleksandr Zobov adi istifadəçilər üçün “Rossgram”a girişin 2022-ci ilin aprelində açıq olacağını söyləyib.

"2022-ci il martın 28-də “İnstagram”ın rus analoqu Android və iOS üçün adi funksionallıq və mobil proqramlarla istifadəyə veriləcək. Giriş 2022-ci ilin aprelində adi istifadəçilər üçün açıq olacaq", - deyə o bildirib.

Qeyd edək ki, Rusiyada “Meta” şirkətinə daxil olan “Facebook” və “İnstagram” şəbəkələri bloklanıb. Bloklanmaya səbəb isə həmin şəbəkələrdə Rusiya-Ukrayna müharibəsinin əleyhinə təbliğat olub.

Şərhlər

turan 2022-03-16 15:17:35

O tətbiqi googlə yaxud apple icazə verməyəndən sonra görəsən özlərinə tətbiq edəcəklər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol