Menu

Şahin Seyidzadə mandatından imtina etməsi ilə bağlı ərizə yazıb

16.03.2022, 14:22
Şahin Seyidzadə mandatından imtina etməsi ilə bağlı ərizə yazıb

Milli Məclisin deputatı Şahin Seyidzadə mandatından imtina etməsi ilə bağlı ərizə yazıb.

Bu barədə APA Milli Məclisdən məlumat əldə edib.

Xocalı soyqırımı qurbanlarının xatirəsi MM-də bir dəqiqəlik sükutla yad edilib Spiker: "Prezidentin müəyyən etdiyi inkişaf dinamikası təmin edilib" Milli Məclisin iclası başlayıb Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Ş. Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Konstitusiyanın 89-cu maddəsinin 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir. Qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.

Ancaq qanunvericilik publik hüquqi şəxslərin idarəedici qurumlarına təyinatla bağlı deputatın mandatı məsələsini tənzimləmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol