Menu

Rusiya Avropa Şurasından rəsmən çıxarıldı - Bayrağı endirildi (VİDEO)

16.03.2022, 18:34
Rusiya Avropa Şurasından rəsmən çıxarıldı - Bayrağı endirildi (VİDEO)

Bu gündən etibarən Rusiyanın Avropa Şurasında üzvlüyü rəsmi olaraq dayandırılıb. “Report” xəbər verir ki, ölkənin üçrəngli bayrağı Avropa Şurasının bayraqlar xiyabanından çıxarılıb.

Qeyd edək ki, Rusiya 1996-cı ildə Avropa Şurasının üzvü olub. Ukrayna ilə müharibə başlayandan sonra Rusiya Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib. Buna baxmayaraq, rəsmi Moskva AİHM-in qərarlarına Konstitusiyaya zidd olmadığı təqdirdə əməl edəcəyini vəd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol