Menu

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artıb

17.03.2022, 16:45
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artıb

"Azərbaycanın xarici ticarət əlaqələrində ötən il əldə edilmiş müsbət dinamika bu ilin ilk 2 ayında da davam edib".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7,94 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu, ötən ilin eyin dövrü ilə müqayisədə 80,4% çoxdur.

Ötən 2 ayda xarici ticarət dövriyyəsinin 5,97 milyard dolları ixracın, 1,97 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 23,3% artıb.

Son nəticədə xarici ticarətdə 4 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,4 dəfə çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol