Menu

Bakıda məmur oğluna qarşı 238 minlik dələduzluq

17.03.2022, 20:30
Bakıda məmur oğluna qarşı 238 minlik dələduzluq

Bakıda iş adamı külli miqdarda dələduzluğa məruz qalıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə 33 yaşlı biznesmen İkram Əhmədov polisə ərizə ilə müraciət edərək bildirib.

O qeyd edib ki, tanışı, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Əhmədov Tamerlan Şahin oğlu tərəfindən aldadılıb. İ.Əhmədov iddia edib ki, Tamerlan Əhmədov ondan 238 500 manat alaraq mənimsəyib.

Şikayətçi olan İkram Əhmədovun biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir. Müraciətlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Əhmədov “Azərenerji”nin “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkə”sinin direktoru Xəndam Əhmədovun oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol