Menu

"ABŞ Rusiya ilə müharibə etməyəcək" - Pentaqon

17.03.2022, 21:00
"ABŞ Rusiya ilə müharibə etməyəcək" - Pentaqon

"ABŞ Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq niyyətində deyil, çünki bu, Vaşinqtonun Rusiya ilə istəmədiyi münaqişəyə gətirib çıxarardı".

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Slovakiyada keçirilən mətbuat konfransında bildirib.

“Bayden açıq şəkildə bildirdi ki, qüvvələrimiz Ukraynada döyüşməyəcək. Eyni zamanda, biz Ukraynanı və onun ərazisini qorumaq səylərini dəstəkləmək üçün mümkün olan hər şeyi edəcəyik”, - Pentaqonun rəhbəri deyib.

“Uçuşa qadağa zonasının yaradılması sizin Rusiya ilə döyüşlərdə iştirak etməyiniz deməkdir. Biz demişik, Rusiya ilə müharibə etməyəcəyik”, - Ostin vurğulayıb.

Şərhlər

Bashirov Qarib 2022-03-17 21:22:43

Putin çox istərdi ki,ABŞ muharibəyə qoşulsun. Və cəmiyyətə açıqlasın ki, biz ABŞ kimi ölkəyə uduzduq. Yoxsa, Ukraynaya uduzmaq onu yaman çilədən çıxardar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol