Menu

Ukraynada azı 780 mülki şəxs müharibədə həlak olub

18.03.2022, 10:58
Ukraynada azı 780 mülki şəxs müharibədə həlak olub

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək azı 780 dinc sakin həlak olub, daha 1 252 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) məlumatında deyilir.

Məlumata görə, fevralın 24-dən martın 16-dək 3 milyon 169 min 897 ukraynalı ölkənin qonşu dövlətlərlə sərhədlərini keçib.

Ukraynalı qaçqınların yarıdan çoxu Polşaya gedib. Siyahıda ikinci və üçüncü yerdə Rumıniya və Moldova qərarlaşıb.

Bununla yanaşı, fevralın 18-dən 23-dək Ukraynanın Donetsk və Luqansk vilayətlərindən 50 min nəfər Rusiya ərazisinə keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol