Menu

Rusiyada müharibə əleyhinə aksiyalarda 15 min insan saxlanılıb

20.03.2022, 21:21
Rusiyada müharibə əleyhinə aksiyalarda 15 min insan saxlanılıb

Ləğv edilmiş “Memorial” hüquq müdafiə mərkəzinin iki əməkdaşı Oleq Orlov və Aleksandr Quryanov Moskvada müharibə əleyhinə piketlərdə saxlanılıb.

Hüquq müdafiəçiləri “Dəli Putin dünyanı nüvə müharibəsinə sürükləyir” və “Müharibəyə yox” plakatları ilə Bolşoy Teatrın yaxınlığındakı Teatr Meydanına çıxıblar. Üç-dörd dəqiqədən sonra polis əməkdaşları onlara yaxınlaşıb. Orlov və Quryanov polis şöbəsinə aparılıb.

"OVD-İnfo"-nun məlumatına görə, Ukraynada müharibə başlayandan bəri Rusiyada müharibə əleyhinə aksiyalarda 15 mindən çox insan saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol