Fransa mənşəli “LVMH” (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupu Rusiya Federasiyasını tərk edir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “sky.it” kanalı məlumat yayıb.
Qeyd etmək lazımdır ki, Rusiya prezidenti Vladimir Putin Moskvanın Lujniki stadionunda 200 minlik tərəfdarının önünə məhz həmin qrupa məxsus brend sayılan “Loro Piana” gödəkcəsi ilə çıxmışdı.
“Bu ilin mart ayının 18-də Vladimir Putin bizim köhnə kolleksiyalarımıza aid gödəkcə ilə Moskva stadionundakı səhnəyə çıxıb. Lakin biz artıq Rusiyaya bütün tədarüklərimizi bitirmişik və Ukrayna xalqına kömək edirik”,-deyə şirkətin rəsmi məlumatında bildirilir.
“LVMH” həmin gödəkcənin qiymətinin 1,5 milyon rubl, yəni 12 min dollar dəyərində olduğunu təsdiqləyib.


Şərhlər
Putin müellim deye biler ki, eyninen geyindiyi paltarların , ya istifade etdiyi neqliyyat vasitelerinden hwr hansı biri,ya evinde olan mebeller ya avadanlıqlardan heç olmasa biri Rusiya istehsalı olan varmı .Men qeti olaraq bildirirem ki yoxdur.Rusiya ik şey istehsal ede bilr:Araq ve gözel rus qızları.