Menu

“Ukrayna müharibəsi ikili standartları bir daha göstərdi” - Türkiyə XİN başçısı

22.03.2022, 15:51
“Ukrayna müharibəsi ikili standartları bir daha göstərdi” - Türkiyə XİN başçısı

“Bu gün Ukraynada baş verənlər, hər birimizin əleyhinə olduğu müharibə ikili standartları bir daha göstərdi”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanın paytaxtı İslamabadda keçirilən İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin iclasında deyib.

"Halbuki bizim üçün Xarkovda tökülən qanla Hələbdə tökülən qan eynidir. Heç bir fərq yoxdur. Çünki bizim mədəniyyətimiz bunu tələb edir”, - nazir vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol