Menu

"MN uyğun gördüyü zaman Ukraynadakı itkiləri açıqlayacaq" - Kreml

23.03.2022, 15:00
"MN uyğun gördüyü zaman Ukraynadakı itkiləri açıqlayacaq" - Kreml

"Rusiya Müdafiə Nazirliyi lazım bildiyi zaman Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrinin itkiləri barədə yeni məlumat verəcək".

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Peskov jurnalistlərə açıqlamasında "Həqiqətən də, məlumatı bir dəfə Müdafiə Nazirliyi verib, lakin artıq dediyimiz kimi, bu səlahiyyət tamamilə onlara, yəni bizim hərbçilərə məxsusdur. Onlar uyğun gördükləri zaman əlavə məlumat verəcəklər" - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol