Menu

"Rusiya qazını Avropaya rublla satacaq" - Putin dollar və avrodan imtina edəcəklərini açıqladı

23.03.2022, 20:00
"Rusiya qazını Avropaya rublla satacaq" - Putin dollar və avrodan imtina edəcəklərini açıqladı

“Rusiya təbii qaz tədarükü üçün hesablaşmaları dollar və avro da daxil olmaqla, özlərini nüfuzdan salmış valyutalarla həyata keçirməkdən imtina edəcək və rublla ödənişlərə keçəcək”. Bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumətlə görüşündə bildirib.

“Mən ödənişin ən qısa müddətdə köçürülməsi üçün kompleks tədbirlər həyata keçirmək qərarına gəldim. Gəlin bundan başlayaq - bizim təbii qazımız, dost olmayan ölkələrə Rusiya rublu ilə verilsin”, - deyə o bəyan edib.

Prezident qeyd edib ki, Rusiya Federasiyası daha əvvəl bağlanmış müqavilələrdəki qiymətlər və həcmdə qaz tədarükünü davam etdirəcək.

“Bütün xarici istehlakçılar Rusiya qazı üçün ödənişləri rublla həyata keçirmək imkanına malik olmalıdırlar”, - deyə Putin əlavə edib.

Mənbə: TASS

Putinin bu bəyanatından sonra Rusiya valyutası bahalaşmağa başlayıb, dolların məzənnəsi 3 mart tarixindən ilk dəfə olaraq 100 rubldan aşağı enib.

Şərhlər

asim 2022-03-23 21:25:42

deyerdim indi neyneyecek))bu nece yandiqlarinin gostericisidir.bir zavod coreyine deyismeye yalvaracaqsiz telesme))

elxan 2022-03-23 20:24:04

Putinin bu bəyanatından sonra Rusiya valyutası bahalaşmağa başlayıb)))))))) Hindushka yox,tumbushka! Ucuzlashmaga bashlayib...........

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol