Menu

Rusiya Avropa İnsan Haqları Konvensiyasında üzvlük statusunu itirəcək

23.03.2022, 18:20
Rusiya Avropa İnsan Haqları Konvensiyasında üzvlük statusunu itirəcək

Rusiya sentyabrın 16-da Avropa İnsan Haqları Konvensiyasında üzvlük statusunu itirəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) katibliyindən məlumat verilib.

“Rusiya Federasiyası 2022-ci il sentyabrın 16-dan Avropa İnsan Haqları Konvensiyasına üzv olmaqdan çıxacaq”, - məhkəmədən bildirilib.

AİHM hesab edir ki, bununla da məhkəmə Rusiyanın bu konvensiyanı pozması ilə bağlı bütün müraciətlərə baxmaq səlahiyyətini sentyabrın 16-dək saxlayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol