Menu

Ruslar indi də dinc ukraynalıları girov götürürlər

24.03.2022, 00:51
Ruslar indi də  dinc ukraynalıları girov götürürlər

Rusiya Ukraynanın 100-ə yaxın vətəndaşını girov götürüb, onların mübadiləsi üçün danışıqlar aparılır. "Report"un məlumatına görə, bunu Ukraynanın Baş nazirinin müavini - işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Qara dənizdə boğulmaqdan xilas olunan və Ukrayna tərəfinin xilas etdiyi dənizçiləri geri qaytarmaq arzusunda olduğunu bildirib.

“Burada dənizçilər var, yeri gəlmişkən, biz 11 dənizçini xilas etdik və onları verməyə hazırıq, onlar nəyimizə lazımdır, təki onlar adamlarımızı versin”, - nazir qeyd edib.

Vereşçuk ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Ukrayna öz vətəndaşlarını geri qaytara biləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol