Biz Avropa İttifaqı ölkələrini Rusiyanın alçaldıcı tələblərinə qarşı çıxmağa, qaz və neft ticarəti zamanı rus rublundan istifadə etməməyə çağırırıq.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba şəxsi “Twitter” hesabından paylaşım edib.
O, bildirib ki, əgər hər hansı Aİ ölkəsi Putinin neft və qazla bağlı alçaldıcı tələblərini yerinə yetirərsə, bu rusların Ukraynaya hücumuna dəstək kimi başa düşüləcək.
Xatırladaq ki, ötən gün Rusiya prezidenti Vladimir Putin dost olmayan ölkələrə təbii qazın rublla satılacağını açıqlamışdı.
“AzPolitika.info”


Şərhlər