Menu

Moldovalı səfir Rusiya XİN-ə çağırılıb

26.03.2022, 00:23
Moldovalı səfir Rusiya XİN-ə çağırılıb

Moldovanın Moskvadakı səfiri Lilian Darie martın 24-də Rusiyanın Kişinyovdakı səfirliyi yaxınlığında keçirilən aksiya ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report”un məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi saytında bildirilib.

Qeyd olunub ki, etirazçılar təhqiredici şüarlar səsləndirib və qəbuledilməz hərəkətlər ediblər.

Rusiya Moldovadan səfirlik yaxınlığında aksiyaların təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görməyi tələb edib.

Şərhlər

kohne 2022-03-26 06:30:34

terrorist texeyyūlū

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol