Menu

ABŞ-ın KXDR-ə sanksiya tətbiqinə dair layihəsi qəbul edilməyib

26.03.2022, 10:08
ABŞ-ın KXDR-ə sanksiya tətbiqinə dair layihəsi qəbul edilməyib

BMT-nin Təhlükəsizlik Şurasında ABŞ-ın KXDR-ə dair təqdim etdiyi qətnamə layihəsi qəbul edilməyib.

APA-nın xəbərinə görə, qətnamə layihəsində Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqi nəzərdə tutulurdu.

TŞ-nin 15 üzvünün əksəriyyəti layihənin əleyhinə səs verib. Çinin BMT-dəki səfiri şərait yaxşılaşdığı halda Pxenyana qarşı sanksiyaların ləğvinə çağırıb. Rusiyanın nümayəndəsi isə sadə insanların sanksiyadan əziyyət çəkdiyini bildirib.

Bununla belə, üzv ölkələr Şimali Koreyanın ballistik raket sınaqları keçirməsini qətiyyyətlə pisləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol