Menu

Araik Arutyunyan yenə Putindən kömək istədi

26.03.2022, 16:00
Araik Arutyunyan yenə Putindən kömək istədi

Qarabağdakı separatçı-terrorçu qrupların rəhbəri, Azərbaycan hüquq-mühafizə orqanları tətəfindən barəsində 4 maddə ilə cinayət işi qaldırılan və İnterpol xəttilə axtarış elan edilən Araik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Erməni mediasının məlumatına görə, Arutyunyan Rusiya liderindən kömək istəyib. Bildirilir ki, müraciət qondarma qurumun oyuncaq “təhlükəsizlik şirası”nın 25 martdakı iclasında qəbul edilib.

A.Arutyunyan həyasızcasına 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın pozulmasına görə Azərbaycanı ittiham edib, Üçtərəfli bəyanata görə, rəhbərlik etdiyi qanunsuz silahlıları dərhal Qarabağdan çıxarmalı olan Arutyunyan 8 martdan etibarən Qarabağ ermənilərinin qazsız qalmasına görə də günahı Azərbaycanın üzərinə atmağa cəhd edib.

O, həmçinin Azərbaycan hərbçilərinin öz mövqelərini irəli çəkdiyinə görə şikayətlənib və Putindən yardım istəyib.

A.Arutyunyanın yalvarış dolu müraciətində sülhməramlı şəxsi heyətin və texniki vasitələrin hazırkı sayının artırılmasını xahiş edib.

"Azpolitika.info"

Şərhlər

Eli 2022-03-26 14:30:27

Bu Arayik “ müellimin” başı deyesen xarab olub ve harda olduğu tadından çıxıb.Evvela bu başa düşmür ki,Putin öğellim indi öz”..... hayındadır ki onu dağıtmasınlar eger gğcğ çatsa,ikinci bu “Qarabağ çaqqalı” meseleni bele hell ede biler konkret be qısa müddete-gedir bizim Qarabağdakı Komandanın yanına yalvarıb yaxarır ve po.yedim erizesi tazır be bir defe dr “ona qulluq” edir,eger o sa qebul etse mesele hellini tapır.Vessallam Şerefsiz köpekoğlu bu “Türk Pazını” özünde sınamasa ağıllanmayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol