Menu

ABŞ ilə Ukraynanın xarici işlər və müdafiə nazirləri görüşüblər

26.03.2022, 14:12
ABŞ ilə Ukraynanın xarici işlər və müdafiə nazirləri görüşüblər

Ukrayna xarici işlər və müdafiə nazirləri Polşada amerikalı həmkarları ilə görüşüblər.

APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"Mən müdafiə naziri Oleksiy Reznikovla birlikdə Varşavada amerikalı həmkarlarımız - dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinlə görüşürük. Bu xüsusi "2+2" formatı bizə Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizə qabiliyyətini gücləndirmək üçün həm siyasi, həm də müdafiə sahəsində praktiki qərarlar almağa imkan verir", Kuleba bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol