Məhkəmə-Hüquq Şurasının aprelin 5-də keçiriləcək toplantısında barəsində intizam icraatı başladılmış Bakı Apellyasiya Məhkəməsinin üç məşhur hakimi- İlqar Murğuzov, Habil Məmmədov və Həsən Əhmədov barəsində qərar çıxarılacaq. Bu barədə "gununsesi.info"-ya Məhkəmə-Hüquq Şurasındakı mənbələr bildirib.
Hər üç hakimlə bağlı qərara səbəb isə bir müddət əvvəl Ali Məhkəmənin onlar haqqında xüsusi qərardad çıxarmasıdır.
Xatırladaq ki, hələ bir müddət əvvəl "gununsesi.info" Bakı Apellyasiya Məhkəməsinin üç məşhur hakimi – Habil Məmmədov, İlqar Murquzov və Həsən Əhmədov yola salınacağı barədə yazmışdı.
Bununla bağlı xəbərdə deyilirdi ki, Ali Məhkəmə hər üç hakimlə bağlı xüsusi qəradad çıxararaq, Məhkəmə- Hüquq Şurasına yollayıb.
Onu da bildirək ki, bu, Ali Məhkəmənin adıçəkilən şəxslərlə bağlı ikinci qəradadır.
Qanunvericiliyin tələbinə görə, barələrində intizam icratı başladılan hakimlər məhkəmə orqanlarından uzaqlaşdırılmalıdır.
Yəqin ki, Azərbaycanın məhkəmə sisteminin üzqarası olan bu adamlar layiq olduqları cəzanı da alacaq. Bu arada "gununsesi.info"-ya hakim İlqar Murğuzov barəsində sensasion material daxil olub.
Bununla bağlı araşdırmamız yekunlaşandan sonra həmin materialı təqdim edəcəyik.


Şərhlər
Bu hakimlər çoxdən cəzalandırılmalı idilər. Onlar kimisi hələ Bakı Apellyasiya Məhkəməsində çoxdur. Əflatun Qasımovu və Namiq Məmmədovu ALLAH cəzalandırdı. Akif İskəndərov, İbrahim İbrahimli, Qədim Babayev, Ziya Şirinov hələ də işləyərək qanunsuzluqlarını davam etdirirlər. İctimaiyyətin müraciətləri mütləq obyektiv araşdırılmalıdır.