Menu

UKRAYNA ORDUSU BU ŞƏHƏRİ AZAD ETDİ

26.03.2022, 23:50
UKRAYNA ORDUSU BU ŞƏHƏRİ AZAD ETDİ

Ukraynanın Sum vilayətinin Trostyanes şəhəri Rusiya hərbçilərindən azad edilib. 

Qeyd olunur ki, şəhərin azad edilməsi əməliyyatında Ukrayna ordusunun “Xolodnıy Yar” briqadası, Ərazi Müdafiə Qüvvələrinin silahlıları və yerli partizan dəstələri iştirak edib.

Ukrayna hərbçilərinin Rusiya qoşunlarının silah-sursatını və döyüş texnikalarını ələ keçirdiyi bildirilir. 

***

Ukrayna qoşunları Sum vilayətinin Trostyanes şəhərinə daxil olub. Bu barədə “Report” Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsinin feysbuk sosial şəbəkəsindəki məlumatına istinadən xəbər verir.

Məlumata görə, Ukrayna qoşunları tezliklə şəhər üzərində nəzarəti tam bərpa etməyə yaxındır.

Qeyd edilir ki, Ukrayna silahlı qüvvələri Trostyanes şəhərini geri almağa davam edir: “Şəhər tezliklə Rusiya qoşunlarının qalıqlarından təmizlənəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol