Menu

“Nüvə münaqişəsi təhlükəsi həmişə var” - Medvedev

27.03.2022, 00:58
“Nüvə münaqişəsi təhlükəsi həmişə var” - Medvedev

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini və ölkənin keçmiş Prezidenti Dmitri Medvedev nüvə müharibəsinin başlanması imkanlarını qiymətləndirib.

Bu barədə öz fikirini o, “RİA Novosti”yə müsahibəsində bildirib. Siyasətçi qeyd edib ki, heç kim heç bir müharibəni arzulamasa da, nüvə münaqşəsi təhlükəsi həmişə var. Ona görə də ondan qaçmaq üçün məsuliyyətli siyasət yeritmək lazımdır.

Medvedev qeyd edib ki, bir tərəfdən nüvə müharibəsi - bu, bəşəriyyətin mövcudluğuna təhlükədir. Digər tərəfdən - bu təhlükənin özü yavaşıdıcı faktora çevrilib.

«Bu baxımdan o analitiklər haqlıdırlar ki, deyirlər - ola bilsin ki, bir qədər soyuqqanlıdır, amma buna baxmayaraq nüvə silahının yaradılması 20-ci və 21-ci əsrdə böyük miqyasda münaqişələrin qarşısını alıb. Bu, həqiqətdir. Gerçəkdən belədir» - Medvedev deyib.

O, həm də qeyd edib ki, keçmiş Ali Baş Komandan kimi, nüvə təhlükəsinin miqyasını gözəl anlayır. Medvedev xatırladıb ki, NATO-nun vurulmalı olan nüvə vasitələrinin hədəfləri Rusiya ərazisindəki obyektlərdir, Rusiya raketləri isə Avropadakı və ABŞ-dakı hədəflərə tuşlanıb.

«Həyat belədir. Ona görə də bu barədə həmişə fikirləşmək və məsuliyyətli siyasət yeritmək lazımdır» - Medvedev fikrini tamamlayb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol