Menu

Cənubi Qafqazla dostluq qrupları rəsmi deyillər - Avropa Parlamenti

03.11.2014, 16:43
Cənubi Qafqazla dostluq qrupları rəsmi deyillər - Avropa Parlamenti

Avropa Parlamentinin rəsmi internet səhifəsində yayılan bəyanatda deyilir ki, Avropa Parlamentinin “Azərbaycan, Ermənistan və hətta qondarma Dağlıq Qarabağ üçün” yaradılmış dostluq qrupları qeyri-rəsmi xarakter daşıyırlar.

“Hətta Avropa Parlamentinin üzvlərindən ibarət olsalar belə, bu qruplar Avropa Parlamentini təmsil etmirlər, onun mövqeyini əks etdirmirlər və Parlamentin maddi dəstəyindən yararlanmırlar”, - bəyanatda deyilir.

Parlamentin nümayəndə heyətləri üçüncü dövlət və ya regionlarla münasibətlər qurur və beynəlxalq əlaqələri genişləndirirlər. Onların heyəti Avropa Parlamentinin ümumi tərkibinə mütənasibdir. Həmçinin, nümayəndə heyətləri və onların rəhbərləri Avropa Parlamentinin ümümi mövqeyini bildirmək məsuliyyəti daşıyırlar.

“Avropa Parlamenti və Cənubi Qafqaz arasında əlaqələr quran və ikitərəfli münasibətləri genişləndirən rəsmi qurumlar avroparlamentari Sayyad Karimin (Sajjad Karim) başçılıq etdiyi Aİ-Azərbaycan, Aİ-Ermənistan və Aİ-Gürcüstan Parlamentlər arası Əməkdaşlıq Komitələri və Heydi Hautalanın (Heidi Hautala) sədrlik etdiyi Avronest Parlament Assambleyasında Aİ nümayəndə heyətidir”, - bəyanatda deyilir. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol