Project Cyndicate məcmuəsindəki yazı qaydaların itdiyi dünyanın idarə olunması barədədir və deyilir ki, mövcud qaydaları İslam dövləti Xilafəti pozur, Rusiya açıq-aşkar pozur. Moskva soyuq müharibə dövründən sonrakı Avropa nizamını sınağa çəkir.
Moskva təkcə nizamı pozmur, həm də öz qaydalarını gətirir.
Məcmuəı yazır ki, dünya nizamı təkcə müharibələrin qarşısını almaq üçün lazım deyil, dünyaya müharibədən də böyük təhlükə olan xəstəliklərlə mübarizə üçün də lazımdır.
Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə, HİV-AİDS epidemiyasından 36 milyon adam ölüb, Bu, ikinci dünya müharibəsində hərbçilər arasında ölən 26 milyondan 10 milyon çoxdur.
Ukrayna münaqişəsində 3 min adam ölüb, ancaq eyni vaxtda Afrikada yayaılan Ebola xəstəliyindən 1 milyon insanın ölə biləcəyi ehtimal olunur.
Ekoloji fəlakətlər var. Quraqlılar, sellər milyonlarla insanı öz yerindən didərgin sala bilər.
Məcmuə yazır ki, “biz qlobal problemlər və milli qərarlar” dövründə yaşayırıq. Halbuki problemlər qlobal olduğu kimi, qərarlar da beynəlxalq olmalıdır. Ona görə, dünyada sülh və bunun ardınca nizam lazımdır ki, yeni beynəlxalq qurumlar yaradılsın və işləyə bilsin. İkinci dünya müharibəsindən sonrakı strukturlar isə köhnəlib. /AzadlıqRadiosu


Şərhlər