Menu

Ukraynanın Nikolayev şəhərinin vilayət administrasiyasının binasına aviazərbələr endirilib

29.03.2022, 11:23
Ukraynanın Nikolayev şəhərinin vilayət administrasiyasının binasına aviazərbələr endirilib

Ukraynanın Nikolayev şəhərinin mərkəzi bugün səhər saatlarında Rusiya silahlı qüvvələri tərəfindən aviasiya zərbələrinə məruz qalıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, vilayət administrasiyasının binası dağıdılıb. Hazırda ərazidə axtarışlar aparılır, insan tələfatının olub-olmaması dəqiqləşdirilir.

Nikolayev vilayət qubernatoru Vitaliy Kim aviazərbələr zamanı binada olmayıb.

“Araşdırırıq, xilasetmə ilə məşğuluq. Bu dəhşətdir. Gözləyiblər ki, insanlar işə çıxsınlar və dərhal binanı vurublar. Mən yatıb qalmışdım. Bəxtim gətirdi. Bu dəfəlik", - Kim deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol