"Taliban" saqqalsız dövlət işçilərinin ofislərə daxil olmasına mane olur.
"The Khaama Press" xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, Əfqanıstan İslam Əmirliyinin Fəzilətin Təşviqi və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyinin nümayəndələri Maliyyə Nazirliyinin əməkdaşlarını saqqalsız olduqları üçün qapının qarşısında saxlayıb. İşçilərin nazirliyə yalnız "Taliban" nümayəndələrinin tövsiyə etdiyi papaqları taxdıqdan sonra daxil olmasına icazə verilib.
Bu arada, Fəzilətin Təşviqi və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Sadiq Akif sözügedən xəbəri təkzib edib. Onun sözlərinə görə, Maliyyə Nazirliyinin əməkdaşları Fəzilət Nazirliyinin nümayəndələri və müavinləri tərəfindən göstəriş və tövsiyə üçün dayandırılıb. Eyni zamanda əlavə edib ki, bütün rəsmi qurumlara tapşırılıb ki, dövlət idarələrində çalışan qadınlar hicabla, kişilər də şəriət qanunlarına uyğun xarici görünüşlərinə uyğun olaraq geyinməlidir.
AzPolitika.info


Şərhlər