Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) «Mübadilə» suveren investisiya fondu Rusiya Federasiyasında layihələrin investisiyasını dayandırır.
Bu barədə fondun icraçı direktoru Müsəbbeh əl-Kaabai xəbər verib.
«Praym»ın xəbər verdiyi kimi, fond cari hadisələrin fonunda Rusiya iqtisadiyyatını maliyyələşdirməkdə fasilə elan edib.
«Mübadilə» - BƏƏ nəhəng investisiya fondudur, o, 226 milyard dollar aktivi idarə edir və neft-qaz və maliyyə sektoruna, aviasiya sənayesinə, daşınmaz əmlaka və s. investisiya yatırır.
Ərəb şirkəti 2013-cü ildən Rusiyanın birbaşa investisiya fondu ilə əməkdaşlıq edir və Rusiyaya 6 milyard dollar investisiya yatırmağı planlamışdı.
AzPolitika.info


Şərhlər