Menu

Şəmkirdə güclü partlayış səsləri eşidilir - Müdafiə Nazirliyi məlumat yaydı

29.03.2022, 16:36
Şəmkirdə güclü partlayış səsləri eşidilir - Müdafiə Nazirliyi məlumat yaydı

Bu gün Şəmkir rayonunda güclü partlayış səsləri eşidilib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Məlumatda həmçinin qeyd edilib ki, döyüş sursatlarının utilizasiya prosesi martın 28-dən aprelin 2-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

“Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq”, - deyə məlumatda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol