Menu

ABŞ Rusiyanın Kiyev ətrafında hərbi aktivliyi azaltması vədinə inanmır - “Rusiyanın nə dediyi və nə etdiyi ortadadır”

29.03.2022, 19:04
ABŞ Rusiyanın Kiyev ətrafında hərbi aktivliyi azaltması vədinə inanmır - “Rusiyanın nə dediyi və nə etdiyi ortadadır”

ABŞ Rusiyanın Ukrayna ilə danışıqlarda ciddi olduğunun əlamətlərini görməyib.

APA CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Mərakeşin xarici işlər naziri Nasser Bourita ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ Rusiya-Ukrayna danışıqlarının effektiv şəkildə irəlilədiyini, eləcə də Rusiya tərəfindən bu danışıqlara real ciddiyyət göstərildiyinin əlamətlərini görməyib.

“Rusiyanın nə dediyi və nə etdiyi ortadadır”, - Blinken bildirib. Dövlət katibi əlavə edib ki, Rusiyanın Kiyev ətrafında hərbi əməliyyatları azaltması ilə bağlı bəyanatı insanları yanıltmaq məqsədi daşıya bilər.

Dövlət katibi Rusiyanı döyüş əməliyyatlarını dayandırmağa və hərbi qüvvələrini geri çəkərək danışıqlarda iştirak etməyə çağırıb.

Şərhlər

t.ədalət 2022-03-29 20:24:32

ABŞ bu müharibəni sona kimi davam etdirməyə israrlıdır.Məqsəd Rusiyanı tam məhv etməkdır.

Tahir 2022-03-29 19:48:32

Torbada pişik var...
Deyəsən ABŞ müharibənin dayanmasını istəmir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol