Menu

Millətlər Liqası: Azərbaycan yığmasının sonuncu rəqibi müəyyənləşib

29.03.2022, 20:59
Millətlər Liqası: Azərbaycan yığmasının sonuncu rəqibi müəyyənləşib

UEFA Millətlər Liqasının pley-off mərhələsinə yekun vurulub. Futbol üzrə Azərbaycan milli komandasının Millətlər Liqasının C3 qrupunda sonuncu rəqibi müəyyənləşib. Bu, Qazaxıstan yığması olub.

Belə ki, Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda Qazaxıstan Moldovanı penaltilər seriyasında üstələyə bilib (0:1, penaltilərdə - 5:4, ilk oyun - 2:1).

3 iyun
Qazaxıstan – Azərbaycan

6 iyun
Belarus – Azərbaycan

10 iyun
Azərbaycan – Slovakiya

13 iyun
Azərbaycan – Belarus

22 sentyabr
Slovakiya –Azərbaycan

25 sentyabr
Azərbaycan – Qazaxıstan

21:01

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki sonuncu rəqibi bəlli olub.

Oxu.Az-ın məlumatına görə, C Liqasının 3-cü qrupunda mübarizə aparacaq kollektivin adına Qazaxıstan və Moldova milliləri arasında pley-off raundunun cavab oyunundan sonra aydınlıq gəlib.

İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan moldovalılar ikinci görüşün əsas vaxtını öz xeyirlərinə başa vurublar - 1:0. Yeganə qolu 13-cü dəqiqədə İqor Armaş vurub.

İki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığı üçün penaltilər seriyasına müraciət olunub. Daha dəqiq oynayan (5:4) Qazaxıstan yığması C Liqasındakı yerini qoruyub və 3-cü qrupda Azərbaycan millisinə rəqib olub.

Qeyd edək ki, digər pley-off matçında Kipr seçməsi Estoniyanı qəbul edir. Bu komandaların ilk duelində hesab açılmayıb.

UEFA Millətlər Liqası, pley-off

Cavab oyunları

29 mart

18:00. Qazaxıstan - Moldova - 0:1 (PENALTİLƏRDƏ - 5:4)

İlk oyun - 2:1

16:08

Bu gün 2022-ci il dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq.

Oxu.Az xəbər verir ki, Avropa zonası üzrə pley-off mərhələsinin final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşəcək.

Türkiyəni uzaqlaşdıran Portuqaliya son Avropa çempionları İtaliyanı məğlub edərək həlledici matça vəsiqə qazanmış Şimali Makedoniya yığmasını qəbul edəcək.

Siyasi səbəblərdən Rusiyanın kənarlaşdırılmasından sonra finala oynamadan vəsiqə qazanmış Polşa öz meydanında İsveçlə qarşılaşacaq.

Digər final görüşündə Uelsin rəqibi hələ bəlli deyil. Bu komanda iyuna təxirə salınmış Şotlandiya – Ukrayna görüşünün qalibi ilə üz-üzə gəlməlidir.

DÇ-2022

Pley-off mərhələsi
Final
29 mart

22:45 Portuqaliya – Şimali Makedoniya

Portu. “Draqau” stadionu

22:45 Polşa – İsveç

Xojuv. “Şlyonski” stadionu

Bu gün həmçinin UEFA Millətlər Liqasında ötən mövsüm С divizionunda mübarizə aparmış və qruplarında sonuncu olmuş komandalar mübarizə aparacaq. Komandalar növbəti mövsüm D divizionunda oynamamaq uçub qarşılaşacaqlar.

Həmçinin, Qazaxıstan – Moldova matçının nəticəsi növbəti mövsüm Azərbaycan millisinin C divizionu 3-cü qrupdakı rəqibini müəyyənləşdirəcək.

UEFA Millətlər Liqası

Pley-off mərhələsi (cavab oyunları)
29 mart

18:00 Qazaxıstan – Moldova

İlk oyun – 2:1

20:00 Kipr – Estoniya

İlk oyun – 0:0

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol