Menu

Lüksemburq Rusiyanın 2,5 milyard avroluq aktivlərini dondurub

30.03.2022, 08:54
Lüksemburq Rusiyanın 2,5 milyard avroluq aktivlərini dondurub

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları çərçivəsində Lüksemburq Moskvanın aktivlərini dondurub.

"Report" xəbər verir ki, bu barədə Lüksemburqun Maliyyə Nazirliyinin tviter hesabında bildirilib.

Maliyyə naziri Yuriko Bakes Aİ-nin Rusiyaya qarşı sanksiyalarının icra vəziyyəti ilə bağlı parlamenti məlumatlandırıb. Parlament aktivlərin dondurulması barədə qərar qəbul edib.

Aktivlərin məbləği 2,5 milyard avrodur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol