Menu

Şagirdlərin fərqli geyimdə məktəbə getməsinə icazə verilməyəcək

30.03.2022, 10:58
Şagirdlərin fərqli geyimdə məktəbə getməsinə icazə verilməyəcək

Növbəti tədris ilindən şagirdlərin ümumi təhsil müəssisələrinə fərqli geyimdə getmələrinə icazə verilməyəcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” Qanununa əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün təsvirləri müvafiq qurum tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir. Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə getməsinə yol verilməyəcək.

"Nazirlər Kabinetinin müvafiq Qərarına görə, təsdiq edilmiş geyim formaları 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Lakin hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verilir. Beləliklə, məktəblər 1 tədris ili ərzində yeni geyim formalarına tədricən keçəcəklər" - açıqlamada qeyd olunub.

Şərhlər

Türk Turan 2022-03-30 13:52:55

Mən yeməyə çörək tapmıramsa, işlə təmin olunmuramsa uşaqlarıma hansı pulla geyim alacağam. İnsafsızlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol