Menu

NATO-nun Baş katibi Ukrayna ilə bağlı İstanbul görüşünə münasibət bildirib

30.03.2022, 13:07
NATO-nun Baş katibi Ukrayna ilə bağlı İstanbul görüşünə münasibət bildirib

“Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşün yekununu təmkinlə dəyərləndirməyə çağırıram”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Fransanın “Le Monde” qəzetinə müsahibəsində bildirib.

Rusiyanın qüvvələrini Donbasda cəmləşdirmək cəhdlərini şərh edən Baş katib deyib: “Gəlin, bəzi mövqeləri ehtiyatla dəyərləndirək”.

Qeyd edək ki, martın 29-da Türkiyənin İstanbul şəhərində Rusiya və Ukraynanın nümayəndə heyətləri arasında görüş keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol