Menu

Bağlanan modul tipli xəstəxanaların həkimlərinin fəaliyyətinə aydınlıq gətirilib

31.03.2022, 14:02
Bağlanan modul tipli xəstəxanaların həkimlərinin fəaliyyətinə aydınlıq gətirilib

TƏBİB bağlanan modul tipli xəstəxanaların tibb heyətinin fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, tibbi personal digər tibb müəssisələrindən COVİD-19-la mübarizə çərçivəsində cəlb olunmuş heyət idi.

Bildirilib ki, bundan sonra, onlar ezam olunduqları tibb müəssisələrində fəaliyyətlərini davam etdirəcəklər.

Modul tipli xəstəxanaların bundan sonrakı fəaliyyətinə də münasibət bildirilib.

Qeyd edilib ki, zərurət yarandığı halda modul tipli xəstəxanalar yenidən tibbi xidmətlərin göstərilməsi üçün fəaliyyət göstərəcək.

Xəstəxanalarda mövcud olan avadanlıq və laboratoriyalar isə yenidən istifadə üçün saxlanılır:

“Hələ ki pandemiyanın tam bitməsi elan edilməyib. Buna görə də zərurət olarsa bu tibbi avadanlıqların yenidən istifadə edilməsi üçün optimallaşdırılması aparılır” – açıqlamada deyilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol