Menu

AZAD EDİLƏN İRPEN KÜÇƏLƏRİNDƏN CƏSƏDLƏR TOPLANIR - Ruslar dinc əhalini qırıb + VİDEO (18+)

31.03.2022, 17:09
AZAD EDİLƏN İRPEN KÜÇƏLƏRİNDƏN CƏSƏDLƏR TOPLANIR - Ruslar dinc əhalini qırıb + VİDEO (18+)

Azad edilən İrpen şəhərində polis mülki şəxslərin cəsədlərini toplayır.  Bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebytov "Telegram" kanalında paylaşım edib.

Onun sözlərinə görə, təkcə son 24 saat ərzində ölənlərin 14-ü morqa təhvil verilib: "Meyitlərin axtarılması və toplanması işlərinə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri, general-leytenant Pavlyuk şəxsən rəhbərlik edir. İlk növbədə, İrpin şəhərində işlər aparılır. Dünən , xüsusi qrup işləyib. Rus hərbçilər ölən vətəndaşlarımızın cəsədlərini minalaması ehtimalı var. Təbii ki, biz Fövqəladə Hallar Dövlət Xidmətinin mütəxəssislərinin köməyindən istifadə edəcəyik”.

Nebytovun sözlərinə görə, icazəsiz basdırılanlar çoxdur və polisin cəsədlərin eksqumasiya edilməsi, şəxsiyyətin müəyyən edilməsi üçün hələ çox işi var: "Cəsədlərin qohumları tərəfindən normal dəfn edilməsi üçün məlumatları ümumiləşdirəcəyik”. (lent.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol