Menu

Müsavatçılara Milli Şuranın aksiyasında iştirak sərbəstliyi verildi

03.11.2014, 18:41

MitinqNoyabrın 3-də Müsavat Partiyası Divanının iclası keçirilib. “Media forum” saytının məlumatına görə, iclasda Milli Şuranın noyabrın 10-na təyin etdiyi “Siyasi məhbuslara azadlıq!” mitinqi də müzakirə olunub. Partiya üzvlərinə aksiyada iştirak məsələsində sərbəstlik verilməsi qərara alınıb.

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi məktubda aksiyanın metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı stadionda saat 15-dən 17-dək keçiriləcəyini bəyan edib. Mitinqdə siyasi məhbus məsələsinin, insan haqları və sosial durumla bağlı problemlərin gündəmə gətiriləcəyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol