Menu

Ağdamda kişi arxda boğularaq ölüb

02.04.2022, 00:11
Ağdamda kişi arxda boğularaq ölüb

Ağdamda 54 yaşlı kişi arxda boğularaq ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Rzalar kəndində baş verib.

Kənd sakini Rzayev Əlyəddin İsa oğlu yaşadığı evin yaxınlığındakı əkin sahələrinin suvarılmasında istifadə olunan arxa yıxılıb.

Nəticədə köməksiz vəziyyətdə qalan Ə.Rzayev boğularaq ölüb.

Yaxınlarının verdiyi məlumata görə, o, eplepsiya xəstəsi olub.

Əlyəddin Rzayev arxa ailə üzvləri evdə olmadığı vaxtda düşüb. İki günlük axtarışlardan sonra arxın kolluq hissəsindən tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol