Menu

Kuleba Rusiya ordusunun dayandırmağın yeganə yolunu açıqlayıb

04.04.2022, 00:25
Kuleba Rusiya ordusunun dayandırmağın yeganə yolunu açıqlayıb

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya ordusunun dayandırmağın yeganə yolu barədə danışıb. O deyib ki, bunun üçün Ukrayna tərəfinə tankların, döyüş təyyarələrinin və zenit-raket komplekslərinin çatdırılması davam etməlidir.

APA bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri özünün “Twitter“ səhifəsində Buçada baş verən hadisələri şərh edərkən yazıb: “Buçadakı qətliam sübut edir ki, Rusiyanın ukraynalılara nifrəti Avropanın İkinci Dünya Müharibəsindən bəri gördüyü hər şeyi alt-üst edir”.

O bildirib ki, müharibə dəhşətlərini dayandırmağın yeganə yolu Ukraynaya Rusiya ordusunu mümkün qədər tez qovmaqda kömək etməkdir: “Tərəfdaşlar ehtiyaclarımızı bilirlər. Tanklar, döyüş təyyarələri, zenit-raket sistemləri”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol