ABŞ Prezidenti Co Baydenin fiziki və psixi sağlamlığı pisləşir, bununla bərabər bütün ölkənin vəziyyəti də pisləşir.
Belə nöqteyi-nəzəri Ağ Evin keçmiş başçısı Donald Tramp ifadə edib.
«Biz, Co Baydenin fiziki və psixi sağlamlığının pisləşməsi ilə heç nə edə bilmədiyimiz bir vaxtda sizin səslərinizin köməyi ilə noyabrda bizim şansımız var ki, ölkədə bu enməni dayandıraq» - öz tərəfdarlarının Miçiqandakı mitinqində o, deyib.
ABŞ Konqresinə aralıq seçkilər noyabrda keçiriləcək. Bu seçkilərdə 435 Nümayəndələr Palatası üzvü və 34 senator seçiləcək. Hazırda Konqresin aşağı palatasında kresloların əksəriyyətini Demokratlar tuturlar, Senatda isə paritet qurulub: iki partiyanın hərəsinə 50 yer düşür. Tramp bundan əvvəl belə bir fikir ifadə edib ki, Respublikaçılar partiyası 2022-ci ilin seçkilərində Nümayəndələr Palatasına nəzarəti ələ keçirə bilər, Demokratları isə Bayden də daxil olmaqla məğlubiyyət gözləyir.
AzPolitika.info


Şərhlər